Material

Katanka Haqqında Nə Bilirik ?

Katanka Haqqinda nə bilirik ?

Polad katanka seçərkən, onun hansı məqsədlər üçün lazım olduğuna qərar verməlisiniz. Biri elektrodların, dırnaqların, aparatların hazırlandığı telin emalına gedir, digəri – fitinqlər üçün.

Polad katanka hazırlanmış möhkəmləndirici çubuqlar, dartma qüvvələrinə müqavimət göstərmək və çatlamanın qarşısını almaq üçün strateji olaraq betonda yerləşdirilir.

 

Katanka - dairəvi en kəsiyi olan istiyayılmış məftildir. Tikinti sahəsində həm hazır məhsul, həm də sonrakı işlənmə üçün xammal kimi istifadə olunur. Karbonlu poladdan 30136-95 ГОСТ-a uyğun olaraq istehsal olunur. Bir kəsiyin uzunluğu 6 metr olmaqla, diametri 5.5 mm, 6 mm və 8 mm olur.

Material

Sinklənmiş məftil (sim) - nazik, uzun və əyilə bilən, en kəsiyi dairəvi olaraq hazırlanmış və sink təbəqə ilə örtülmüş metal məhsuludur.

 

Sinklənmiş məftillərin istismar müddəti sink örtüyünün yüksək sıxlığı sayəsində azkarbonlu məftillərdən 3 dəfə artıqdır və korroziyaya qarşı daha davamlıdır. Məftillərdən tikintintidən başlayaraq bağçılığa qədər bir çox sahələrdə geniş istifadə olunur.

 

Sinklənmiş çubuq məftilləri ümumiyyətlə tikinti, tekstil, elektrik, elektronika, təhlükəsizlik tətbiqləri və heyvandarlıq sahələrində istifadə olunur.

Stendlər, rəflər, mətbəx və hamam aksesuarları, market avadanlığı, səbətlər

Daha çox istifadə edildiyi yerlər

- Qril, rəf, səbət, soba istehsalçıları,

- Bağlayıcılar,

- vintlər, boltlar, qaykalar,

- Mebel sənayesi,

- Paltarçılıq şöbələri,

- Avtomobil sektoru (təkər örtükləri, şüşə silənlər, təhlükəsizlik kəmərləri, qıfıllar, sürət qutuları...)

- Paltar quruducuları, ütü masaları,

- İşıqlandırma və çilçıraq aksesuarları,

- Maşın və sənaye məhsulları

Gallmet LLC-nin təqdim etdiyi katankalar bazarda öz yüksək keyfiyyəti ilə seçilir.

 

Tikilinin əsas parçalarından sayılan və yüksək keyfiyyətə malik olan katankanı istənilən ölçüdə zavodumuzdan əldə edə bilərsiniz.