Uncategorised

Polikarbonat Lövhələr Haqqında

Xüsusiyyətləri

Məsaməli polikarbonat lövhələrin yüngüllüyü orijinal konstruksiyalar hazırlamağa imkan verir, işıqlandırma sahəsinin həcmini artırır, qaldırıcı mexanizmlərin köməyi olmadan quraşdırılması həyata keçirilir;


İnşa olunan obyektin maya dəyərinin azaldılması, məsaməli polikarbonatın tətbiqi inşa obyektinin ümumi maya dəyərini azaldır, həmçinin, qatların yüngül çəkisi tikililərin həcminin azaldılmasına imkan verir;

Asan emal – qatları sadə kəsici alətlərlə asanlıqla kəsərək istənilən formaya salmaq olur;Kimyəvi maddələrə müqavimətlilik – məsaməli polikarbonat lövhələr bir çox kimyəvi maddələrin və birləşmələrin təsirinə davamlıdır;


Asan təmizləmə – məsaməli polikarbonat lövhələr adi su və pambıq parçanın köməyi ilə asanlıqla təmizlənir (bəzi hallarda təmizləyici vasitələrin istifadəsinə icazə verilir, buna baxmayaraq, polikarbonatı ammoniumlu vasitələrlə təmizləmək məsləhət görülmür, onlar polikarbonatı zədələyir.

Üstünlükləri

Polikarbonatın başqa materiallardan üstünlükləri:

Yüksək təsir müqavimətliliyi - Polikarbonat lövhələr şüşədən 200 dəfə, akril tərkibli plastiklərdən isə müqavimətə 8 dəfə artıq dözümlüdür. Bu material elə davamlıdır ki, daş və ya çəkic zərbələrini kiçicik zərər olmadan tab gətirir. Bu materialla örtülmüş istixanalar tufan vaxtı zədə görmür;

Yüngül çəki - Polikarbonat lövhələr eyni qalınlıqlı şüşədən 16 dəfə, akril tərkibli plastiklərdən isə 3 dəfə yüngüldür;

Yüksək istilik izolyasiyası; İstilik keçiriciliyi aşağıdır, adi, bir qat şüşədən fərqli olaraq istilik keçiriciliyə dözümlülüyü yüksəkdir, buna görə də qızdırma və ya soyutma zamanı enerji sərfiyyatını təxminən 30-50% azaldır;

Yüksək işıq ötürücülüyü - Şəffaflıq 86%-ə qədərdir. Bu, maksimum işıq ötürülməsi üçün ideal materialdır. İşıq ikiqat lövhələrdən keçərək səpələnir və kölgə yaratmır;

Əla səs izolyasiyası - Bu dəyər polikarbonat lövhələrin qalınlığından asılıdır, bu material üçün orta səs ötürülməsi 16-26 dB arasındadır;

Uzunömürlülük - Polikarbonat zəmanət müddəti ərzində (zəmanət müddəti 10-12 ildir) və daha uzun müddətdə öz fiziki-mexaniki və temperatur xüsusiyyətlərini dəyişmir;

Təhlükəsiz şüşələmə - Polikarbonatın əsası polimer olduğundan, polikarbonatdan hazırlanan lövhələr qırılmır, çatlamır və ya hər hansı təsirlər nəticəsində kəskin parçalanma yaratmır;

UV radiasiyasından müdafiə - Lövhələrin üzərindəki xüsusi qoruyucu qat ultrabənövşəyi radiasiyanın içəri daxil omasının qarşısını alır.