Sərgi

Metal-Ekspo 2023 | Moskva

GALLMET LLC olaraq Moskva şəhərində bu il 29-cu dəfə keçirilən Metal-Ekspo 2023 sərgisində iştirak etdik. Sərgidə 800-dən çox şirkət öz yeni məhsul və xidmətlərini 4 gün boyunca nümayiş etdirdilər. 30 mindən çox ziyarətçinin və partnyorlarımızın da olduğu stendlərdə maraqlı yeniliklər, məhsullarla tanış olduq.

Hər zaman yeniliyə, keyfiyyətə, innovasiyaya açıq olan bir şirkət kimi əldə etdiyimiz faydaları Gallmet üçün tətbiq edərək, müştərilərimizə istər məhsul, istərsə də xidmətin ən yaxşısını təklif etmək üçün çalışırıq.