Polad şveller
Polad şveller-Şveller П formasına malik dəmir tirdir. Özlüyündə əyilmiş profil olan şveller inşaatda, əsasən də mil konstruksiya, böyükməsafəli aşırımı olan fermalar, körpülər, sütunlar, örtük aşırımlarında tətbiq olunur. Polad şveller əsasən, yüksək sürətli dəmir yolu xətlərində, xüsusilə də yüksək səviyyəli və çətin ərazi şərtlərində, dəmir yolu raylarının stabilizasiya edilməsi və dəstəklənməsi məqsədi ilə istifadə olunan tikinti materialıdır. Bu strukturlar rayların mümkün erroziya, torpaq çökmələri və digər təbii təsirlərə qarşı qorunmasını təmin edir.