Polad katanka seçərkən, onun hansı məqsədlər üçün lazım olduğuna qərar verməlisiniz. Biri elektrodların, dırnaqların, aparatların hazırlandığı telin emalında istifadə olunarkən digəri – fitinqlər üçün istifadə edilir. Polad hazırlanmış möhkəmləndirici katanka çubuqlar, dartma qüvvələrinə müqavimət göstərmək və çatlamanın qarşısını almaq üçün strateji olaraq betonda yerləşdirilir.
Katanka
Katanka- Katanka – dairəvi en kəsiyi olan istiyayılmış məftildir. Tikinti sahəsində həm hazır məhsul, həm də sonrakı işlənmə üçün xammal kimi istifadə olunur. Karbonlu poladdan 30136-95 ГОСТ-a uyğun olaraq istehsal olunur. Bir kəsiyin uzunluğu 6 metr olmaqla, diametri 5.5 mm, 6 mm və 8 mm olur.Katanka isti yayma üsulu ilə hazırlanmış dəyirmi və ya oval çubuqdur. Polad tərkibli bu çubuqlar yüksək gücə və böyük elastikliyə malikdir. Elastik deformasiyaya məruz qalır, böyük mexaniki yüklərə tab gətirir. Katankanı qırmaq demək olar ki, mümkün deyil.
Description